Uni Klinika

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Gallery
Necessitatibus eius consequatur ex aliquid fuga eum quidem sint consectetur velit
Doctors
Necessitatibus eius consequatur ex aliquid fuga eum quidem sint consectetur velit























Departments
Necessitatibus eius consequatur ex aliquid fuga eum quidem sint consectetur velit
Pediatriya
Gecə-Gündüz Övladınızın Yanındayıq!
Uni Klinika olaraq uşaqların sağlamlığını ən yüksək səviyyədə qorumaq bizim əsas prioritetlərimizdəndir. Pediatriya şöbəmiz yeni doğulmuş körpələrdən tutmuş yeniyetmələrə qədər bütün yaş qruplarına yüksək keyfiyyətli tibbi xidmət göstərir.
🕒 24/7 xidmətimizlə övladınızın sağlamlığı hər zaman nəzarət altındadır! Gecə və ya gündüz fərq etmədən, hər an yardımınıza hazırıq.
🚑 Eyni zamanda, təcrübəli pediatrik təcili yardım komandamız təcili hallarda operativ şəkildə müdaxilə edir. Evə çağırış və klinikada təcili qəbul xidmətlərimizlə sizə bir telefon qədər yaxınıq.
Xidmətlərimizə daxildir:
-
Uşaqlar üçün gündəlik və aylıq profilaktik müayinələr
-
İnfeksion, respirator, allergik və qastrointestinal xəstəliklərin müalicəsi
-
İmmunizasiya və peyvənd proqramları
-
Uşaq nevroloqu, kardioloqu, lor-u və digər ixtisaslaşmış pediatrlar
-
Yenidoğulmuşların və erkən yaş dövrü uşaqların inkişafına nəzarət
-
Valideynlərə tibbi məsləhətlər və psixoloji dəstək
Niyə bizi seçməlisiniz?
✅ 7/24 fəaliyyət göstərən pediatriya şöbəsi
✅ Uşaqlarla işləməkdə ixtisaslaşmış peşəkar həkimlər
✅ Təcili yardım xidməti – evə operativ çağırış imkanı
✅ Uşaq üçün rahat və stresssiz müayinə şəraiti
✅ Ailə mərkəzli yanaşma və davamlı həkim-valideyn əlaqəsi

Oftalmalogiya
Göz Sağlamlığınız Bizimlə Güvəndədir!
Uni Klinikanın oftalmologiya şöbəsi göz sağlamlığınızın qorunması, dəqiq diaqnostikası və müasir müalicəsi üçün geniş spektrli tibbi xidmətlər təqdim edir. Peşəkar həkim-oftalmoloqlarımız və ən son texnologiyalarla təchiz edilmiş cihazlarımız sayəsində həm uşaqlar, həm də böyüklər üçün keyfiyyətli göz müayinələri həyata keçirilir.
Xidmətlərimizə daxildir:
-
Gözlərin ümumi və dərinləşdirilmiş müayinəsi
-
Miyopiya, hipermetropiya, astiqmatizm və digər görmə qüsurlarının aşkarlanması və korreksiyası
-
Uşaqlarda göz problemlərinin erkən diaqnostikası və müalicəsi
-
Göz təzyiqinin (qlaukoma) yoxlanması və nəzarəti
-
Katarakta və digər yaşla bağlı göz xəstəliklərinin diaqnostikası
-
Göz infeksiyaları, qızartı, allergiyalar və iltihabların müalicəsi
-
Kompüterləşdirilmiş görmə testi və eynək təyini
-
Göz dibi (fundus) müayinəsi
Niyə Uni Klinika?
✅ Təcrübəli oftalmoloqlar
✅ Müasir diaqnostik avadanlıqlar
✅ Uşaq və böyüklər üçün fərdi yanaşma
✅ Eynək və optik linzaların düzgün seçimi üçün məsləhət
✅ Rahat və sürətli qeydiyyat sistemi
Gözləriniz dünyaya açılan pəncərənizdir – onları sağlam saxlamaq üçün Uni Klinikaya etibar edin!

Ginekologiya
Qadın Sağlamlığınız Bizim Üçün Önəmlidir
Uni Klinikada qadın sağlamlığına xüsusi diqqətlə yanaşılır. Ginekologiya şöbəmiz qadın orqanizminin hər yaş dövrünə uyğun müayinə, diaqnostika və müalicə xidmətləri təqdim edir. Həm rutin nəzarət, həm də mürəkkəb ginekoloji problemlərin həlli üçün peşəkar tibbi yardım göstəririk.
🕒 7/24 fəaliyyət göstərən klinikamızda təcili ginekoloji hallara da operativ müdaxilə imkanı mövcuddur.
Xidmətlərimizə daxildir:
-
Profilaktik ginekoloji müayinələr
-
Uşaqlıq və yumurtalıq xəstəliklərinin diaqnostika və müalicəsi
-
Ağrılı menstruasiya, hormonal pozğunluqlar və sonsuzluq araşdırmaları
-
Qadın infeksiyaları, virus və göbələk xəstəliklərinin müalicəsi
-
Hamiləlik planlaşdırılması və ginekoloji məsləhətlər
-
Hamiləliyin erkən diaqnostikası və müşahidəsi
-
Ultrasəs müayinələri (Transvaginal və qarın üzərindən)
-
Pap smear testi və digər laborator analizlər
-
Menopauza dövrünün idarəolunması və dəstəkləyici terapiya
Niyə bizi seçməlisiniz?
✅ Təcrübəli qadın həkimlər və etibarlı məxfilik
✅ Müasir cihazlarla dəqiq müayinə və diaqnostika
✅ Fərdi yanaşma və rahat ünsiyyət mühiti
✅ Təcili yardım və ginekoloji müdaxilələr üçün operativ xidmət
✅ Rahat qeydiyyat və növbə gözləmədən qəbul imkanı
Qadın sağlamlığı müntəzəm nəzarət tələb edir. Hər bir xanımın rahatlığı və güvəni bizim üçün önəmlidir. Uni Klinikada sizə dəyər verilir.

Cərrahiyyə
Təhlükəsiz Əllərdə Sağlam Gələcəyə
Uni Klinikada cərrahiyyə şöbəsi ən müasir tibbi texnologiyalar və yüksək ixtisaslı cərrahlarla fəaliyyət göstərir. Açıq və laparoskopik (qapalı) üsullarla aparılan əməliyyatlar zamanı pasiyentin təhlükəsizliyi, komfortu və tez bərpası əsas prioritetimizdir.
🕒 7/24 fəaliyyət göstərən təcili cərrahiyyə komandamızla qəfil hallara da operativ müdaxilə edirik. Gecə və gündüz fərq etmədən sağlamlığınız bizim nəzarətimizdədir.
Xidmətlərimizə daxildir:
-
Ümumi cərrahiyyə əməliyyatları (appendisit, yırtıq, öd kisəsi və s.)
-
Laparoskopik cərrahiyyə – az kəsiklə, qısa sağalma dövrü
-
Təcili cərrahi müdaxilələr (qarın boşluğu ağrıları, travmalar və s.)
-
Proktoloji əməliyyatlar (babasil, fistula, çat və s.)
-
Dəri altı törəmələrin, lipoma, kista və s. çıxarılması
-
Kiçik və ambulator cərrahi prosedurlar
-
Əməliyyat sonrası bərpa və nəzarət
Niyə Uni Klinika?
✅ Təcrübəli cərrahlar və peşəkar tibbi personal
✅ Tam steril əməliyyatxana və müasir tibbi avadanlıqlar
✅ Ağrısız prosedurlar üçün keyfiyyətli anesteziya xidməti
✅ Əməliyyatdan sonra stasionar nəzarət və reabilitasiya
✅ Təcili yardım komandası ilə 24/7 operativ müdaxilə imkanı
Sağlamlığınız ciddi məsələdir. Peşəkar yanaşma və təhlükəsiz cərrahiyyə üçün Uni Klinika hər zaman xidmətinizdədir.

Ağrı və Kök Hüceyrə Mərkəzi
Uni Klinikanın nəzdində fəaliyyət göstərən Ağrı və Kök Hüceyrə Mərkəzi müasir tibbin ən son texnologiyalarını tətbiq edərək xroniki ağrıların və ortopedik problemlərin müalicəsində effektiv və təhlükəsiz həllər təklif edir. Mütəxəssis həkim komandamızla fərdi yanaşma və innovativ müalicə metodları sayəsində sizin sağlamlığınızı bərpa etməyə kömək edirik.
✅ Baş, boyun, bel , çiyin, sinə, üz, qol, ayaq, diz, çanaq, büzdüm sümüyü, miqren və klaster tipli xroniki baş ağrıları;
✅ Diz və bud-çanağın osteoporozu (qonartroz, koksartroz);
✅ Şəkərli diabetə bağlı Nevropatik ağrılar;
✅ Xərçəng xəstəliyi ağrıları;
✅ Uğursuz bel əməliyyatında dərman müalicəsi üsullarına cavab verə bilməyən xəstələrin ağrıları və s.
